Azərbaycan Turizm Bürosu və turizm sənayesinin təcrübəli mütəxəssisləri tərəfindən hazırlanmış Turizm Təlim və Sertifikasiya Mərkəzinin kursları Azərbaycanda turizm sektorunda xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. Bu kurslardan əldə olunan biliklərdən yararlanaraq öz sahənizdə əsl peşəkar olacaqsınız.

  • Şəxsi inkişaf

    İxtisas səviyyəsini təkmilləşdirib əmək bazarında rəqabətə dözümlü olmaq.

  • Səmərəlilik

    Qonaqpərvərlik sahəsində yeni bacarıqlara nail olmaq.

  • Təsir

    Turizm biznesində ümumi səhvləri etməməyi öyrənmək.

Məqsəd və Gələcəyə baxış

Gələcəyə baxışımız
Turizm sektorunda çalışan peşəkarlara və mövcud xidmətlərə əlavə dəyər qataraq yerli və beynəlxalq təcrübələyə əsaslanan sertifikasiya potensialı ilə Azərbaycanda möhkəm şəbəkə əlaqələri olan və regionda aparıcı təlim və sertifikasiya mərkəzi kimi tanınmaq.

Təlim və Sertifikasiya Mərkəzinin missiyası
Təlim və Sertifikasiya Mərkəzi innovativ tədris metodları ilə sənaye nümayəndələrini və dövlət rəsmilərini təlimə cəlb etməklə turizm sənayesində xidmət keyfiyyətini yaxşılaşdırmaq , ölkədə turizm haqqında məlumatlılığı artırmaq və turizm sektorunda məşğulluğa töhfə vermək üçün təlimlər təşkil edəcək.

Bizim tərəfdaşlarımız

Bizimlə əlaqə

bizə e-poçt göndərin