Onlayn ödənişlər - şərtlər və müddəalar

Bu onlayn ödəniş şərtləri (“Şərtlər”) https://training.tourismboard.az/ veb-saytında təqdim olunan təlimlər ilə bağlı onlayn ödəniş əməliyyatı xidmətindən (“Xidmət”) istifadəyə şamil edilir.

Bu Şərtlər İstifadəçi (Siz) və ATB (“Biz”, “Bizə” və ya “Bizim”) arasında müqaviləni təşkil edir. Onları diqqətlə oxumağınız xahiş olunur. Bu Şərtlər xəbərdarlıq edilməklə və ya edilmədən zəruri hesab etdiyimiz istənilən vaxt Tərəfimizdən dəyişdirilə və ya əlavə oluna bilər.

[Xidmətdən hər dəfə istifadə edərkən göstərilən xananı işarələməklə] bu Şərtlərin müddəalarına riayət etməyə razılaşırsınız. Bu Şərtləri qəbul etmirsinizsə, xidmətdən istifadə etməyin.

 

1. Şərtlər 

Şərtlərə əməl etməyə razılıq verməklə siz https://training.tourismboard.az/ veb-saytının istifadə şərtlərinə də riayət etməyə razılaşırsınız. https://training.tourismboard.az/ veb-saytının istifadə şərtləri ilə bu Şərtlər arasında ziddiyyət yaranarsa, hazırkı Şərtlərə üstünlük verilir.

2. Hüquqların verilməsi

2.1. Onlayn kredit kartı əməliyyatı vasitəsilə Bizə ödənişi yerinə yetirmək məqsədilə Xidmətdən istifadə edə bilərsiniz, bu şərtlə ki:

2.1.1. Hər hansı şəkildə Xidmətə və/ ya Xidmətin işinə zərər vurmayasınız və ya onu pozmayasınız;

2.1.2. Xidmətdən icazəsiz və ya qanunsuz məqsədlər üçün istifadə etməyəsiniz.

2.2. Bizim qanuni haqlarımız və ödənişlərimiz üçün hazırladığımız hesab-fakturalar üzrə Xidmətdən istifadə etməklə ödənişlər yerinə yetirilə bilər.

2.3. İstənilən vaxt Xidməti müvəqqəti və ya daimi əsaslarla dayandırmaq, dəyişdirmək və ya ləğv etmək hüququnu özümüzdə saxlayırıq.

3. Ödəniş

3.1. Yalnız Debet/Kredit Kartından (Visa, MasterCard) istifadə etməklə Xidmətdən istifadəyə görə ödənişlər yerinə yetirilə bilər.

3.2. Biz onlayn ödənişdə birbaşa deyil, üçüncü tərəf xidmət təminatçısı vasitəsilə iştirak edirik.

3.3. Bütün ödənişlər təsdiq edilmiş valyutaların biri ilə aparılmalıdır; – Manat (AZN)

3.4. Xidmətdən istifadə edərək əməliyyatı tamamladıqdan sonra Sizə emal etmək istədiyiniz əməliyyatın təfərrüatlarını yoxlayan təsdiq ekranı təqdim olunacaqdır. Bütün əməliyyat məlumatlarının və digər təfərrüatların düzgünlüyünü yoxlamağa görə Siz cavabdehsiniz.

3.5. Xidmətdən istifadə zamanı məlumatların qeyri-dəqiq daxil edilməsi nəticəsində yanlış olan əməliyyatlara və ya Nəzarətimizdən kənar amillərin səbəb olduğu məlumatların və ya informasiyanın itirilməsinə görə heç bir məsuliyyət daşımırıq.

3.6. Ödəniş üçüncü tərəf xidmət təminatçımız tərəfindən qəbul edildikdən sonra Siz təsdiq e-poçtu alacaqsınız.

3.7. Ödəniş yerinə yetirildikdən sonra onu ləğv etmək olmaz. Biz ödənişlərin rədd edilməsinə və ya geri qaytarılmasına görə heç bir məsuliyyət daşımırıq ki, bu da Sizinlə kredit kartı verən təşkilatınız arasında həll edilməli olan məsələdir.

 

4. Geri ödəmələr

4.1. Geri qaytarılma tələbləri hesaba ödənilməmiş məbləğdən artıq vəsait ödədiyinizi sübut edən sənəd ilə birlikdə yazılı şəkildə irəli sürülməlidir. Pulun geri qaytarılması üçün sorğular [email protected] ünvanına göndərilməlidir.

4.2. Əgər mövcud olarsa, geri qaytarılmalar Bizim mülahizəmizə əsasən, yalnız ilkin əməliyyat üçün istifadə edilmiş debet/kredit kartına tətbiq ediləcəkdir.

 

5. Ödəniş sistemindən imtina

Xidmət ödənişləri onlayn rejimdə nəzərdən keçirmək və ödəmək üçün girişi asanlaşdırmaq baxımından təqdim olunur. ATB bu məqsədlə Vebsaytda göstərilənlərdən başqa Ödəniş Sisteminin fəaliyyəti ilə bağlı birbaşa və ya nəzərdə tutulan hər hansı formada hər hansı təminat vermir. Bu Şərtləri və Müddəaları qəbul etməklə/onlara razılaşmaqla, İstifadəçi yuxarıda göstərilən onlayn ödəniş Xidmətindən istifadəsinin tamamilə öz riski hesabına və İstifadəçinin məsuliyyəti daxilində olduğuna açıq şəkildə razılaşır.

 

6. Zəmanətlər və İmtinalar

6.1. Siz zəmanət verirsiniz ki:

6.1.1. 18 və ya daha çox yaşınız var;

6.1.2. Siz Şərtləri lazımi şəkildə qəbul etmək üçün müvafiq səlahiyyətə maliksiniz və Şərtlərlə bağlı öhdəliklərinizi yerinə yetirə bilirsiniz və yerinə yetirəcəksiniz.

6.1.3. Xidmət ilə əlaqədar istifadə olunan kredit kartı Sizin adınıza verilir.

6.1.4. Siz kredit kartı emitentinə Xidmətdən istifadə zamanı çəkilən bütün xərcləri ödəyəcəksiniz.

6.1.5. Verdiyiniz məlumat doğrudur və düzgündür.

6.2. Qanunla yol verilən həddə qədər Biz Xidmətdən istifadə zamanı dəyən və ya çəkə biləcəyiniz hər hansı zərər, itki, xərclər (məhkəmə xərcləri daxil olmaqla), məsrəflər, qeyri-birbaşa itkilər və ya hər hansı dolayı zərərə görə maddi məsuliyyət daşımırıq. Əgər hər hansı səbəbdən Xidmətdən istifadəniz nəticəsində yaranan hər hansı zərər və ya itkiyə görə sizin qarşınızda maddi məsuliyyət daşıyacağımız aşkar edilərsə, Bizim öhdəliyimiz heç bir halda rezervasiyanızın ümumi dəyərinin məcmu məbləğindən artıq olmayacaqdır. Səyahət Rezervasiyasının təsdiqi e-poçtunda (bir hadisə və ya əlaqəli tədbirlər silsiləsi üçün) qeyd edilmişdir.

6.3. Biz Xidmətin və/ya Xidmətdən istifadənizin səhvsiz, dərhal, virussuz və/ya davamlı surətdə mövcud olacağına və ya Xidmət vasitəsilə təqdim edilən məlumatların tam, dəqiq və/ya yeni olacağına təminat və ya zəmanət vermirik. 

 

7. Təzminat

7.1. Siz aşağıdakılar nəticəsində Bizə dəymiş və ya çəkdiyimiz hər hansı itki, xərc və ya məsrəf üçün Bizə təzminat ödəməyə razılaşırsınız:

7.1.1. Şərtlər üzrə öhdəliklərinizi pozmağınız;

7.1.2. Xidmətdən qəsdən sui-istifadə;

7.1.3. Xidmətdən istifadə edərkən səhlənkar hərəkətləriniz və ya hərəkətsizliyiniz;

7.1.4. Xidmətdən istifadəniz ilə bağlı üçüncü tərəfin Bizə qarşı irəli sürdüyü hər hansı iddia.

 

8. Məlumatın Məxfiliyi və İstifadəsi

8.1. Təqdim etdiyiniz elektron poçt ünvanına göndərilmiş keçidə daxil olarkən onlayn ödəniş sistemindən istifadə etməyə davam etməzdən əvvəl Sizdən doğum tarixiniz, adınız, əlaqəniz və maliyyə məlumatlarınız daxil olmaqla, özünüz haqqında müəyyən məlumatları təqdim etməyiniz tələb oluna bilər.

Sizin təqdim etdiyiniz hər hansı fərdi məlumat onun silinməsini tələb etdiyiniz vaxta qədər Bizim tərəfimizdən saxlanıla bilər.

8.2. Bizə verdiyiniz və Sizi identifikasiya edən hər hansı məlumatdan yalnız Bizə təqdim olunduğu təyinat baxımından, o cümlədən kredit kartı məlumatlarınızı yoxlamaq məqsədilə Sizinlə əlaqə saxlamaq üçün istifadə edəcəyik və qanunla tələb olunan, Sizin icazə verdiyiniz və ya bu Şərtlərdə müəyyən edilən hallar istisna olmaqla, ondan başqa məqsədlər üçün istifadə etməyəcəyik və ya üçüncü tərəfə təqdim etməyəcəyik. 

8.3. Xidmətdən istifadə edilməklə ödənişlər etibarlı üçüncü tərəf veb-saytı vasitəsilə həyata keçirilir. Fərdi məlumatlarınıza icazəsiz girişin qarşısını almaq üçün bütün əsaslı səylərdən istifadə edəcəyik. Bununla belə, Xidmətdən istifadə məqsədləri baxımından təqdim etdiyiniz hər hansı məlumatın ələ keçirilməsi və/ya “sındırılması” və ya digər icazəsiz giriş üçün hər hansı birbaşa və ya dolayı zərərə və ya itkiyə görə məsuliyyət daşımayacağıq.

9. Tətbiq olunan hüquq

9.1. Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.