Məxfilik siyasəti
Məlumatların nəzarətçisi
Məlumatların nəzarətçisi olaraq, ATB fərdi məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumağa görə cavabdehlik daşıyır. ATB məlumatlarınızın müvafiq qanunlara uyğun olaraq işlənməsini təmin edir və fərdi məlumatlarınızın məxfiliyini və bütövlüyünü təmin etmək və bu məlumatlara icazəsiz daxil olmanın qarşısını almaq üçün zəruri tədbirlər görür.
Bu veb-saytdakı məlumatların qorunması ilə əlaqədar hər hansı sual və ya sorğu üçün əlaqə vasitələri:
Azərbaycan Turizm Bürosu
Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, AZ1010
[email protected]
[email protected]
Tel: +99412 5058704
Terminlər və anlayışlar
"Fərdi məlumatlar" termini fiziki şəxsə ("məlumat subyekti") aid olan və onun kimliyini müəyyənləşdirməyə imkan yaradan hər hansı məlumat mənasını kəsb edir. Buna şəxsin adı, ünvan(lar)ı, telefon nömrəsi(nömrələri), e-poçt ünvan(lar)ı, həmin şəxsə aid olan hər hansı digər məlumat və ya məlumatlar toplusu daxildir.
"Məlumatların işlənilməsi" termini fərdi məlumat və ya fərdi məlumatlar toplusu üzrə bu və ya digər avtomatlaşdırılmış üsullarla hər hansı əməliyyat və ya əməliyyatlar toplusu mənasını kəsb edir. Bu üsullara məlumatların toplanılması, qeydiyyatı, təşkili, formalaşdırılması, saxlanılması, uyğunlaşdırılması və ya dəyişdirilməsi, bərpası, istifadəsi, ötürülməsi, yayılması və ya digər şəkildə istifadə imkanının təmin edilməsi, qruplaşdırılması və birləşdirilməsi, məhdudlaşdırılması, silinməsi və ya məhv edilməsi daxildir.
Məlumatların işlənilməsinin hüquqi əsası və məqsədləri
Bu veb-sayta həvalə olunan fərdi məlumatların emalı aşağıdakı əsaslarla aparılır:
- məlumat subyekti fərdi məlumatlarının bir və ya daha çox xüsusi məqsədlər baxımından işlənilməsinə razılıq vermişdir;
- prosedur nəzarətçinin tabe olduğu qanuni öhdəliyə uyğun olaraq zəruridir;
- emal nəzarətçinin təqib etdiyi qanuni maraqların məqsədləri baxımından lazımdır.
Fərdi məlumatlarınız Sizin razılığınıza əsasən aşağıda göstərilən məqsədlər baxımından istifadə ediləcəkdir:
- veb-saytın düzgün işləməsini təmin etmək;
- veb-saytın praktiki hissəsini təkmilləşdirmək;
- veb-saytda inkişaf etmiş və fərdiləşdirilmiş funksiyaları təmin etmək;
- hədəf reklamları göstərmək, təkrarlanan reklamları məhdudlaşdırmaq;
- veb-sayt trafikinə dair statistik məlumatlar yaratmaq.
Sizin razılığınız
Fərdi məlumatlarınızın işlənilməsi üçün qanuni əsas kimi Siz öz razılığınızı verdiyiniz halda, yuxarıda göstərilən əlaqə məlumatları vasitəsilə ATB ilə əlaqə quraraq istənilən vaxt razılığınızı geri ala bilərsiniz. Razılığınızın geri alınması, geri çəkilmə tarixindən əvvəl ötürülmüş məlumatların işlənilməsinin qanunsuz olduğu anlamına gəlmir.
Fərdi məlumatların saxlanılması
Fərdi məlumatlarınızın qorunma müddəti:
- bu Məxfilik Siyasətində göstərilən məqsədlər baxımından lazım olana və qanuni öhdəliklərimizi yerinə yetirməyə imkan verənə qədər;
- fərdi məlumatların işlənilməsi üçün razılıq geri götürülənə qədər.
Fərdi məlumatlara giriş
Bu veb-saytın idarə olunması, məlumatların işlənilməsi, analitik və statistik hesabatların hazırlanması, İT sistemlərinin təminatı, marketinq vasitələrinin avtomatlaşdırılması, veb reklamların təşkili üçün https://training.tourismboard.az/ veb-saytı və onun işçilərindən başqa, https://training.tourismboard.az/ veb-saytı ilə əməkdaşlıq edən təşkilatların şəxsi heyəti fərdi məlumatlarınızı əldə edə biləcəklər.
ATB fərdi məlumatlarınızın məxfiliyini qorumaq və məlumatların qorunmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq emal etmək üçün qeyd olunan qurumlar ilə müqavilələr bağlamışdır. Bu qurumlar fərdi məlumatlardan öz maraqları naminə istifadə etməyəcəklər.
Emalın təhlükəsizliyi
ATB effektiv qorunma sistemi qurmuşdur və bu sistem emal sistemləri və xidmətlərinin məxfiliyi, bütövlüyü, mövcudluğu və dayanıqlılığını təmin etmək və fərdi məlumatları təsadüfi və ya qeyri-qanuni məhv edilmədən, itirilmədən, dəyişdirilmədən, icazəsiz açıqlanmadan və ya ötürülən, saxlanılan və ya digər şəkildə işlənilən fərdi məlumatlara girişdən qorumaq üçün müvafiq texniki və təşkilati tədbirləri həyata keçirir.
Sizin hüquqlarınız
Məlumat subyekti kimi bu veb-sayt vasitəsilə ötürülmüş məlumatlara görə Sizin aşağıdakı hüquqlarınız vardır:
- Giriş hüququ: bu veb-saytda toplanılmış fərdi məlumatlarınız, emalın məqsədləri, fərdi məlumatların kateqoriyaları, fərdi məlumatların açıqlandığı və ya açıqlanacağı tərəf və ya tərəf kateqoriyaları, mümkün olarsa, fərdi məlumatların saxlanılacağı nəzərdə tutulan dövr və ya mümkün olmadıqda həmin dövrü müəyyənləşdirmək üçün istifadə edilən meyarlar, avtomatlaşdırılmış qərar qəbulunun mövcudluğu və məlumat subyekti üçün bu cür işlənmənin nəzərdə tutulan nəticələri daxil olmaqla məlumatları ATB-dən əldə edə bilərsiniz.
- Düzəltmə hüququ: Sizinlə əlaqəli yanlış məlumatların düzəldilməsini təxirə salmadan tələb edə bilərsiniz.
- Silinmə hüququ: ATB Sizin barənizdə olan fərdi məlumatlarınızın silinməsini aşağıdakı hallarda gecikdirmədən təmin edir: a) toplanma məqsədləri ilə əlaqəli artıq əhəmiyyət daşımadıqda və yaxud fərqli emal edildikdə; b) emalın əsaslandığı razılığınızı geri götürsəniz və emal üçün başqa qanuni əsas olmadıqda; c) emal Sizin razılığınıza əsaslansa da, bu cür işlənməyə etiraz etdikdə və emal üçün başqa qanuni əsas olmadıqda; ç) fərdi məlumatlar qanunsuz olaraq işlənildikdə; d) fərdi məlumatlar qanuni öhdəliyə uyğun olması üçün silinməli olduqda; e) fərdi məlumatlar uşaqlarla bağlı informasiya cəmiyyətinin xidmətləri ilə əlaqədar toplanıldıqda.
- Emalın məhdudlaşdırılması hüququ: ATB-dən emalın məhdudlaşdırılmasını aşağıdakı hallarda tələb edə bilərsiniz: a) fərdi məlumatların düzgünlüyünü mübahisələndirdiyiniz halda ATB-yə fərdi məlumatların düzgünlüyünün yoxlanılması üçün verilmiş müddət ərzində; b) emalın qanunazidd olduğu müəyyənləşdirildikdə və tərəfinizdən fərdi məlumatların silinməsi deyil, ancaq istifadəsinin məhdudlaşdırılması tələb edildikdə; c) ATB artıq işlənmə məqsədləri baxımından fərdi məlumatlara ehtiyac duymasa da, iddia tələblərinin yaradılması, icrası və ya müdafiəsi üçün tərəfinizdən müraciət daxil olarsa; ç) Siz emala etiraz etdikdə ATB emalın hüquqi əsasını yoxladıqda.
- Məlumatların daşınması hüququ: ATB-yə verdiyiniz fərdi məlumatları qeyd olunmuş hallarda strukturlaşdırılmış və maşınla oxuna bilən formatda ala və bu məlumatları ATB-nin razılığı olmadan digər nəzarətçiyə ötürə bilərsiniz: emal razılıq əsasında icra olunarsa və ya razılığın yerinə yetirilməsi üçün zərurət doğurarsa və emal avtomatlaşdırılmış vasitələrdən istifadə edilərsə.
- Etiraz etmək hüququ: Emal avtomatlaşdırılmış vasitələrdən istifadə etməklə icra olunarsa, öz razılığınıza əsasən və ya razılaşmanın (müqavilənin) icrası üçün fərdi məlumatlarınızın işlənməsinə etiraz edə bilərsiniz. Fərdi məlumatlarınız birbaşa marketinq məqsədləri baxımından işlənildiyi təqdirdə, bu cür birbaşa marketinq məqsədləri baxımından profilləşmənin mövcudluğu halları daxil olmaqla, bu cür marketinq üsulları üçün fərdi məlumatlarınızın emalına istənilən vaxt etiraz etmək hüququnuz vardır. Fərdi məlumatlarınız elmi, tarixi, tədqiqat və ya statistik məqsədlər üçün emal edildiyi halda, Sizinlə bağlı ayrıca səbəbdən fərdi məlumatlarınızın işlənilməsinə etiraz etmək hüququnuz vardır. Fərdi məlumatların ictimai maraq doğuran səbəblərə görə işlənilməsi və ya emalı etiraz etmək hüququnuza münasibətdə istisna hal təşkil edir.
Yuxarıda göstərilən hüquqlardan hər hansı birini istifadə etmək istəsəniz və ya məlumatlarınızın ATB tərəfindən istifadə qaydası ilə razı deyilsinizsə, [email protected] və ya [email protected] e-poçt ünvanına müraciət edə bilərsiniz.
Məxfiliyin qorunmasına dair siyasətə dəyişikliklər
Hazırkı Məxfiliyin qorunmasına dair siyasətdəki hər hansı dəyişiklik https://training.tourismboard.az/ veb-saytında dərc ediləcəkdir.