Satışda ünsiyyət bacarıqları
Satışda ünsiyyət bacarıqlarınızı təkmilləşdirmək istəyirsinizə 23 avqust, saat 15:00-da keçiriləcək təlimimizə qoşulun.
Uğurlu satışın sirri güclü ünsiyyət bacarıqlarıdır. Təlim ünsiyyət bacarıqlarının və strategiyanın təkmiləşşdirilməsinə fokuslanıb. Təlim zamanı bir neçə vacib məqamlar əhatə olunacaq: satışda ünsiyyətin əhəmiyyəti, bədən dili və ünsiyyət texnologiyası bacarıqları. Bundan əlavə, təlimçi tərəfindən faydalı satış məsləhətləri veriləcək. Təlim hoteldə çalışan satış mütəxəssisləri və satış rəhbərləri üçün nəzərdə tutulub.
Təlim beynəlxalq otel şəbəkələrində 12 illik qonaqpərvərlik təcrübəsinə malik olan və hal-hazırda Radisson Hotel Group-da Kommersiya Direktoru vəzifəsində çalışan Nigar Nasirova tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində Mogan Hotel Baku hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.