Kurs haqqında məlumat

1.5 aylıq qısa müddətli tədris proqramı satışda istifadə edilən alətləri, satış texnikalarını və müxtəlif satış ünsiyyət vasitələrini tədris etmək üçün tərtib edilib. Kursu bitirdikdən sonra siz: hotelin konversiyasının artırma yollarını öyrənəcəksiniz; hotel üçün effektiv marketinq strategiyasını qura biləcəksiniz; praktiki təcrübəyə malik mütəxəssis olacaqsınız; satış sahəsində dərin biliklər nümayiş etdirə biləcəksiniz.

Kurs bölmələri

Kursda nələri öyrənəcəksiz?

  • Hotel satışı və gəlirlərin idarə edilməsi

  • Hotel satışı və marketinqi

  • Satış alətləri

  • Satışda ünsiyyət bacarıqları

  • Satışda danışıqlar aparma bacarıqları

  • F&B və Spa departamentlərində satış üzrə əsas biliklər

  • Onlayn Satış Kanalları: OTA, LinkedIn, CVENT, Lanyon

  • Telesatış Təlimi

  • "Cross-selling & Up-selling"

  • Sərgilərdə iştirak. "Showround" və sayt təftiş texnikaları

Bu tədris proqramı kimlər üçündür?

  • Təcrübəli satış mütəxəssisləri

    Bacarıqlarını inkişaf etdirmək istəyən təcrübəli satış mütəxəssisləri.

  • Satış sahəsinə keçmək istəyənlər

    Hoteldə çalışan və iş sahəsini dəyişmək istəyən mütəxəssislər.

  • Yeni başlayanlar

    Universiteti yeni bitirən tələbələr, və ya iş təcrübəsinə malik olmayan şəxslər.

Təlimçi haqqında məlumat

Kurs beynəlxalq hotel şəbəkələrində 12 illik qonaqpərvərlik təcrübəsinə malik olan və hal-hazırda Radisson Hotel Group-da kommersiya direktoru vəzifəsində çalışan Nigar Nəsirova tərəfindən tədris olunacaq. Nigar Nəsirova 2020-ci ildə İsveçrənin nüfuzlu universitetlərinin biri olan "Swiss Montreux Business School" - Biznes administrasiyası (MBA) üzrə magistr dərəcəsi alıb. Nigar xanım "AHLEİ" institutu tərəfindən tədris olunan "Certified Hospitality Trainer (CHT)" proqramını uğurla başa vuraraq, qonaqpərvərlik sahəsində professional təlimçi olaraq fəaliyyət göstərir.

Kursun qrafiki və qiyməti

Kurs çərşənbə axşamı və cümə axşamı, 19:00-21:00 saat aralığında olmaqla 1.5 ay davam edir. Proqramın qiyməti qeydiyyatdan keçən iştirakçılar üçün 130 AZN təşkil edir.

Proqrama qeydiyyat davam edir