Tez-tez soruşulan suallar
-
Kursa necə qeydiyyatdan keçmək olar?
Kursa yazılmaq üçün veb-saytın “Kurslar” bölməsində kursu seçmək, ardınca “Daxil ol” düyməsinə basıb, mürəciat formasını doldurmaq lazımdır. Müraciətlər nəzərdən keçirildikdən sonra elektron poçt vasitəsilə qeydiyyatdan keçən şəxsə təsdiq və ya imtina məktubu göndərilir. Yalnız təsdiq məktubu aldıqdan sonra təlimə qoşulmaq olar.
-
Kursun davametmə müddəti nə qədərdir?
Hər bir kursun müddəti barədə məlumatı müraciət formasını doldurduqda tarix bölməsində tapmaq olar.
-
Kurs zamanı davamiyyət necə hesablanır?
Təlim qaydalarına görə yalnız 1 dərs buraxıla bilinər. Əgər iştirakçı kurs zamanı 1-dən artıq dərs buraxırsa, o zaman sertifikasiya imtahanına daxil olmağa icazə verilmir.
-
Kursda iştirakımı necə ləğv edə bilərəm?
Kursda iştirakdan imtina etdikdə, bu barədə Turizm Təlim və Sertifikasiya Mərkəzinin rəsmi elektron poçtu – [email protected] vasitəsi ilə kurs başlamamışdan 24 saat öncə məlumat verilməlidir.
-
Sertifikasiya imtahanında nə qədər sual olur və sertifikat almaq üçün neçəsini düzgün cavablandırmaq lazımdır?
Sertifikasiya imtahanı 20 sualdan ibarət olur. İştirakçı 20 sualdan ən azı 16 suala düzgün cavab verərsə, yəni 80% bal yığarsa, o zaman sertifikat ilə təltif olunacaq.
-
Sertifikasiya imtahanında hansı test növü olur?
Sertifikatlaşdırma testi bir neçə cavab seçimli suallardan ibarət olur.
-
Sertifikatlaşdırma imtahanından keçməsəm, nə edə bilərəm?
Veb-saytdakı yenilikləri izləyib, eyni mövzuda növbəti kurs proqramı elan olunduqda yenidən müraciət etmək olar.
-
Hansı növ sertifikat əldə edəcəyəm?
Kursun sonunda sertifikasiya imtahanından uğurla keçmiş iştirakçılar Turizm Təlim və Sertifikasiya Mərkəzi tərəfindən kursu müvəffəqiyyətlə bitirdiklərini əks etdirən sertifikat əldə edəcəklər.
-
Əlavə suallar yaranarsa
Elektron poçtumuz – [email protected] və yaxud “Feysbuk” səhifəmiz – https://www.facebook.com/ttsm2020 vasitəsi ilə müraciətlər qəbul olunur.