Şərtlər və müddəalar

Hazırkı “Şərtlər və müddəalar” https://training.tourismboard.az/ veb-saytından (bundan sonra “veb-sayt” adlandırılacaq) istifadəni tənzimləyir. Siz bu veb-sayta daxil olmaqla “Şərtlər və müddəalar”ı tam şəkildə qəbul etdiyinizi təsdiqləmiş olursunuz. Azərbaycan Turizm Bürosu (bundan sonra “ATB”) istənilən vaxt hazırkı “Şərtlər və müddəalar”ı dəyişə bilər. Bu zaman istifadəçilər yenilənmiş “Şərtlər və müddəalar”a əməl etməlidirlər.

 

Əqli mülkiyyət hüquqları

Veb-sayt ATB-nin mülkiyyətindədir. Veb-saytdakı bütün yazılı və qrafik məlumatlar və materialların, habelə əmtəə nişanlarının (loqoların) (bundan sonra ümumi şəkildə “Məzmun” adlandırılacaq) müəllif hüquqları ATB-yə məxsusdur və yaxud ATB qeyd edilən məzmunların lisenziyasına malikdir. Məzmun Azərbaycan Respublikasının, habelə xarici yurisdiksiyaların müəlliflik hüququ və əlaqəli hüquqlar, əmtəə nişanları, sənaye mülkiyyəti və əqli mülkiyyət sahəsində digər qanunvericilik aktları çərçivəsində, eləcə də beynəlxalq konvensiyalara əsasən qorunur.

Veb-saytda təqdim olunan məlumatların başqaları tərəfindən kommersiya məqsədləri üçün hər hansı digər istifadəsi qadağandır. Məzmun ATB-nin   əvvəlcədən yazılı razılığı olmadan ticari məqsədlər üçün nüsxələri çıxarıla, çoxaldıla və ya digər şəkildə yayıla bilməz.

Veb-saytdakı müəlliflik hüququ haqqında qanunvericilik aktları ilə qorunan Məzmun materialları yalnız müəlliflərin və ya müəlliflik hüquqları sahiblərinin tələb etdiyi şərtlərə və öhdəliklərə uyğun olaraq yenidən çoxaldıla və yayıla bilər. Bu cür qorunan materiallar müəlliflik hüquqlarına uyğun olaraq təhsil, araşdırma, xəbərlər və hesabat kimi qeyri-kommersiya məqsədləri üçün istifadə edildiyi təqdirdə mənbə göstərilməli və xoş niyyətlə istifadə edilməlidir.

 

Məhdudiyyətlər

İstifadəçilərin aşağıdakı fəaliyyəti xüsusən məhdudlaşdırılır:

  • hər hansı Məzmun materialının satışı və ya digər kommersiya fəaliyyətində istifadəsi;
  • Məzmun materiallarından ATB-nin maraqlarına zərər vuran və ya zərər vura biləcək hər hansı bir şəkildə istifadə;
  • istifadəçilərin veb-saytdan istifadəsinə zərər vuran hər hansı bir şəkildə istifadə;
  • veb-saytdan müvafiq qanun və qaydalara zidd olaraq və ya hər hansı formada veb-sayta, hər hansı şəxsə və ya sahibkarlıq subyektinə zərər vura biləcək şəkildə istifadə;
  • veb-saytla əlaqəli hər hansı məlumatların çıxarılması, toplanması, ötürülməsi və ya digər oxşar fəaliyyətlər;
  • hər hansı reklam və ya marketinq fəaliyyəti ilə məşğul olmaq üçün veb-saytdan istifadə.

 

Fərdi məlumatların qorunması

ATB bu veb-sayta daxil olan şəxslər barəsində onların kimliyini müəyyən etməyə imkan verən məlumatları istifadəçi qeydiyyatını tamamlamaq məqsədilə toplayır. ATB həmçinin statistik məqsədlər üçün fərdi məlumatları toplamaq hüququnu özündə saxlayır. İstifadəçilər fərdi məlumatlarını Bizə etibar etdikdə, ATB müvafiq qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq fərdi məlumatların məxfiliyinə zəmanət verir. (İstifadəçilərin fərdi məlumatlarının qorunması barədə daha çox məlumat üçün Məxfiliyin qorunmasına dair Siyasətə baxın).

Bu veb-saytın düzgün işləməsini təmin etmək üçün kukilərdən istifadə olunur (daha çox məlumat üçün Kukilərə dair Siyasətə baxın).

 

Məsuliyyətdən imtina

ATB veb-sayta giriş və ya onun hər hansı istifadəsi nəticəsində texnoloji avadanlıq, cihaz və ya tətbiqlərə dəyən zərərə görə heç bir məsuliyyət daşımır.

ATB veb-saytda dərc edilmiş hər hansı Məzmunun düzgünlüyünü və dolğunluğunu təmin etməyi öhdəsinə götürür, lakin https://training.tourismboard.az/ veb-saytındakı Məzmunun və ya onun hər hansı hissəsinin düzgünlüyünə, tamlığına və ya istifadəsinə görə heç bir hüquqi məsuliyyət daşımır.

ATB veb-saytın Məzmununu istənilən vaxtda, hər hansı formada səbəbindən asılı olmayaraq və əvvəlcədən xəbərdarlıq etmədən yeniləmək hüququna malikdir və bu cür yeniləmələrin nəticələrinə görə heç bir məsuliyyət daşımır.

Bu veb-sayt digər veb-səhifələr, fərdi səhifələr və ya digər mənbələr kimi fərqli kənar ünvanlara istinadları (linkləri) ehtiva edə bilər. ATB kənar linklərə giriş, onlardakı məzmun və ya səhvlərə görə heç bir məsuliyyət daşımır və həmin kənar linklərdə məxfilik və fərdi məlumatların qorunmasına cavabdeh deyildir.

 

Təzminat 

İstifadəçilər ATB-ni bu “Şərtlər və müddəalar”ın hər hansı müddəasının (müddəalarının) pozulmasından irəli gələn hər hansı və/ya bütün məsuliyyətdən, maliyyədən, tələblərdən, nəticələrdən, zərərdən və xərclərdən tam qorumağa və azad etməyə razılaşırlar.

         

Tətbiq olunan qanunvericilik və yurisdiksiya

Bu “Şərtlər və müddəalar” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və təfsir olunur və bu “Şərtlər və müddəalar”dan irəli gələn mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll ediləcəkdir.