Turizm Təlim və Sertifikasiya Mərkəzinin onlayn təlim platforması ilə bağlı

Şərtlər və Qaydalar

 

Bu Şərtlər və Qaydalar ("Razılaşma") “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxsi ("Kurs Təminatçısı") ilə sizin (“İştirakçı”) aranızda Kurs Təminatçısı tərəfindən təchiz edilən Turizm Təlim və Sertifikasiya Mərkəzinin onlayn təlim platformasından (“Platforma”) istifadə ilə bağlı münasibətləri tənzimləyən məcburi razılaşmadır.


Bu Razılaşma, Kurs Təminatçısı tərəfindən təqdim edilən Platformanın, həmçinin onun bütün səhifələrinin və məzmunlarının (birlikdə “Kurs” adlanır) və Kurs vasitəsi ilə https://trainingcenter.tourismboard.az veb saytında ("Veb səhifə") təqdim olunan xidmətlərin istifadəsi ilə bağlı münasibətləri tənzimləyir.

 

Maddə 1 – TƏRİFLƏR

 

A) Bu Razılaşmada istinad edilən tərəflərə aşağıdakı kimi anlayış verilir:

I) Biz, Kurs Təminatçısı: Kurs Təminatçısı, Kursun yaradıcısı, operatoru və onu dərc edən tərəf olaraq Kursu ictimaiyyətə təqdim etməkdən məsuldur. Bu Razılaşmadakı “biz”, “bizim” və digər birinci şəxs əvəzlikləri, Kurs Təminatçısına, yaxud, Kurs Təminatçısının işçilərinə və onun aidiyyəti şəxslərinə istinad edir.

II) Siz, istifadəçi, iştirakçı: Sizə kurs iştirakçısı və veb səhifənin istifadəçisi olaraq bu Razılaşmada “siz”, “sizin” kimi ikinci şəxs əvəzlikləri ilə və ya “istifadəçi” və ya “iştirakçı” kimi istinad ediləcək.

III) Tərəflər: Kurs Təminatçısı və İstifadəçi birlikdə Tərəflər adlandırılır.


B) Kursun detalları belədir:

I) Kursun Adı: Turizm Təlim və Sertifikasiyasının kursu

II) Kursun təsviri: Turizm və qonaqpərvərlik sənayesi işçiləri üçün qonaqpərvərlik sənayesinin müxtəlif sahələri və fəaliyyət növləri haqqında onlayn təlimlər. Platforma daxilində müxtəlif mövzular haqqında ətraflı məlumatları əks etdirəm onlayn kurslara giriş əldə edəcəksiniz. Kursu bitirdikdən sonra xüsusi kursu keçdiyinizi təsdiqləyən sertifikat alacaqsınız.

III) Kursun linki: https://trainingcenter.tourismboard.az/


Maddə 2 – RAZILIQ & QƏBUL

 

Kursda iştirak etməklə, bu Razılaşmanı oxuduğunuzu, başa düşdüyünüzü və onunla razılaşdığınızı bəyan edirsiniz. Bu Razılaşmanı qəbul etmirsinizsə, Kursdakı iştirakınızı dərhal dayandırmalısınız. Kurs Təminatçısı yalnız bu Razılaşmanı qəbul etdiyiniz təqdirdə Kursu sizə təqdim etməyi öhdəsinə götürür.


Maddə 3 - YAŞ MƏHDUDİYYƏTİ

 

Bu veb saytdan istifadə etmək, Kursda iştirak etmək və ya buradakı hər hansı bir Xidmətdən istifadə etmək üçün ən azı 18 (on səkkiz) yaşınız olmalıdır. Kursda iştirak edərək ən azı 18 yaşdan böyük olduğunuzu və bu Razılaşmanı qəbul edə bilmək üçün tam hüquq fəaliyyət qabiliyyətiniz olduğunu təsdiq edirsiniz. Kurs Təminatçısı yaşınızı təhrif etməyinizə görə heç bir öhdəlik və ya cavabdehlik daşımır.

 

Maddə 4 – SAYTDAN İSTİFADƏ VƏ KURS MATERİALLARINA GİRİŞ İCAZƏSİ

 

Veb sayt vasitəsilə Kursa daxil olduğunuz halda sizə müəyyən məlumatlar təqdim edilə bilər. Bu cür məlumatlar, bizim tərəfimizdən hazırlanan sənədləri, verilənləri, məlumatları və Kursda iştirakınıza kömək edə biləcək digər materialları ("Materiallar") əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır. Bu Razılaşmaya əsasən, sizə yalnız Kursda iştirakınız və Veb saytından istifadə üçün müstəsna, məhdud, 3-cü şəxsə ötürüləbilməyən və geri alına bilən hüquq verilir. Materiallar başqa məqsədlər üçün istifadə edilə bilməz və bu hüquq siz Kursu bitirdikdən, Kursdan və ya Veb saytından istifadənizə son verdikdən sonra və ya bu Razılaşmanın ləğvi ilə sona çatır.


Maddə 5 - KURSUN ŞƏRTLƏRİ

 

Kursun əvvəlcədən planlaşdırılmış başlanğıc tarixi var, belə ki kursu müəyyən edilmiş vaxtda başlamalı və kurs başa çatdıqdan sonra sertifikat almaq üçün bütün sessiyalarda iştirak etməlisiniz.

Kursu bitirdikdən sonra Kursda iştirak etdiyinizi və bitirdiyinizi təsdiqləyən bir sertifikat alacaqsınız.

Kurs və ona əlavə materiallar heç bir üçüncü tərəflə paylaşıla bilməz. Kursun və ya materialların paylaşıldığına və/və ya sizin öz giriş məlumatlarınızı hər hansı üçüncü tərəflə bölüşdüyünüzə dair əsaslə şübhə olarsa bu halda Kursa girişinizi öz müstəsna mülahizəmizə əsasən dərhal dayandırmaq hüququnu özümüzdə saxlayırıq.

Kursumuz və ya kurs materiallarımızla bağlı heç bir vəd və ya zəmanət vermirik. Beləliklə Siz razılaşırsınız ki:

A) Bu Kurs və onun içərisindəki materiallar ilə əlaqədar etdiyiniz seçimlərə, və ya Kurs nəticəsində öz biznesinizdə və ya şəxsi həyatınızda etdiyiniz dəyişikliklərə görə yalnız özünüz məsuliyyət daşıyırsınız;

B) Ruh sağlamlığınıza, fiziki sağlamlığınıza, biznesinizlə ilə bağlı verdiyiniz qərarlara və etməyi seçdiyiniz hər hansı digər hərəkət və ya hərəkətsizliyə görə yalnız siz məsuliyyət daşıyırsınız;

C) Biz Kursda iştirak etməyiniz səbəbindən yarana biləcək hər hansı bir nəticə və ya qeyri-nəticəyə görə məsuliyyət daşımırıq.


Maddə 6 - ƏQLİ MÜLKİYYƏTİ

Materialların, Kursun, Veb saytın və Kurs Təminatçısı tərəfindən göstərilən digər xidmətlərin, bütün müəllif hüquqları, əmtəə nişanları, kommersiya sirləri, patentlər və digər əqli mülkiyyət hüquqları da daxil olmaqla Kurs Təminatçısının mülkiyyəti olması ilə razılaşırsınız ("Şirkətin Əqli Mülkiyyəti – ŞƏM"). ŞƏM-dəki və onunla əlaqəli bütün hüquqların, adların və mənfəətın Kurs Təminatçısına məxsus olmasına və ŞƏM-dən hər hansı qanunsuz və ya qanunazidd məqsədlərlə istifadə etməyəcəyinizə razısınız. ŞƏM-i Kurs Təminatçısının yazılı icazəsi olmadan elektron qaydada və ya yeni əmtəə nişanları, əmtəə adları, xidmət markaları və ya linklərin qeydiyyatı yolu ilə çoxaltmamağa və yaymamağa təminat verirsiniz.

Maddə 7 - ÖHDƏLİKLƏRİNİZ

 

Kursun iştirakçısı olaraq sizdən https://trainingcenter.tourismboard.az saytı vasitəsilə qeydiyyatdan keçməyiniz istənəcəkdir. Qeydiyyatdan keçərkən özünüzə istifadəçi identifikatoru (bu e-poçt ünvanınız və ya başqa bir ifadə ola bilər) və şifrə təyin edəcəksiniz. Ayrıca adınız daxil olmaqla digər şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər. Bu məlumatların dəqiqliyini təmin etmək üçün siz məsuliyyət daşıyırsınız. Bu eyniləşdirici məlumat sizə Kursda iştirak etməyə imkan verəcəkdir. Bu cür eyniləşdirici məlumatları heç bir üçüncü şəxslə bölüşməməlisiniz və eyniləşdirmə məlumatlarınızın təhlükəyə məruz qaldığını aşkar etsəniz, bizə dərhal yazılı olaraq məlumat verməyə öz razılığınızı bildirirsiniz. Bunun üçün e-poçt bildirişi kifayət edir. Eyniləşdirici məlumatlarınızın təhlükəsizliyini qorumaqla yanaşı məlumatlarınızdakı dəyişikliklər barədə bizə məlumat vermək barədə cavabdehlik daşıyırsınız.

Yalan və ya qeyri-dəqiq məlumatlar vermək və ya Kursdan və ya Veb səhifədən saxtakarlıq və ya qanunsuz hərəkətlər etmək üçün istifadə etmək bu Razılaşmanın dərhal ləğvi üçün əsasdır.

ÖHDƏLİKLƏR: Kursun iştirakçısı olaraq sizdən aşağıdakı tapşırıqları yerinə yetirməyiniz tələb olunacaq:

• Hər kursdan sonra imtahandan keçmək.


Maddə 8 – İCAZƏ VERİLƏN İSTİFADƏ

 

Kursu və ya Veb saytı hər hansı bir qanunsuz məqsədlə və ya bu bəndlə qadağan olunan məqsədlərlə istifadə etməməyə təminat verirsiniz. Kursu və Veb saytı Kursa, Veb səhifəyə, Xidmətlərə və ya Kurs Təminatçısının ümumi işinə zərər verə biləcək hər hansı formada istifadə etməməyə təminat verirsiniz.

a) Əlavə olaraq Kursu və ya Veb saytı aşağıdakı məqsədlər üçün istifadə etməyəcəksiniz:

I) Başqalarını narahat etmək, təhqir etmək və ya hədələmək və ya hər hansı bir şəxsin hüquqlarını pozmaq üçün;

II) Kurs Təminatçısının və ya hər hansı bir üçüncü tərəfin əqli mülkiyyət hüquqlarını pozmaq üçün;

III) Başqasının əmlakına zərər verə biləcək hər hansı bir kompüter virusunu və ya digər proqramı yükləmək və ya başqa şəkildə yaymaq üçün;

IV) Hər hansı bir saxtakarlığı həyata keçirmək üçün;

V) Qeyri-qanuni qumar, lotereya oyunları keçirmək və ya piramida sxemi yaratmaq və ya məşğul olmaq üçün;

VI) Hər hansı bir ədəbsiz və ya böhtan xarakterli material dərc etmək və ya yaymaq üçün;

VII) Hər hansı qrupa qarşı şiddət, nifrət və ya ayrıseçkiliyi təhrik edən hər hansı bir material yayımlamaq və ya yaymaq üçün;

VIII) Qanunsuz olaraq başqaları haqqında məlumat toplamaq üçün.

 

Maddə 9 - MƏSULİYYƏT

 

Kurs və Veb səhifə yalnız təhsil məqsədləri üçün verilir. Kursda, Materiallarda və ya Veb saytda yerləşdirilən hər hansı bir məlumatın hüquqi məsləhət, tibbi məsləhət və ya maliyyə məsləhəti olmadığı və Sizinlə Bizim aramızda heç bir vəkalət əlaqəsinin yaradılmadığını qəbul edirsiniz. Əlavə olaraq Kursdakı iştirakınızın öz riskinizə aid olduğunu qəbul edirsiniz. Kursda, Materiallarda və ya Veb saytında verilmiş hər hansı bir tövsiyə və ya digər məlumatlara görə məsuliyyət və ya cavabdehlik daşımırıq.

 

Maddə 10 – TƏRS MÜHƏNDİSLİK & TƏHLÜKƏSİZLİK

 

Aşağıdakı hərəkətlərdən heç birini etməmə razılıq verirsiniz:

a) Kursdan və ya Veb saytından hər hansı bir kodu və ya proqramı tərs mühəndis metodu sökmək və ya sökməyə cəhd etmək;

b) Hər hansı bir icazəsiz giriş, şifrələmə və ya digər təhlükəsizlik alətlərindən yayınma, məlumatların çıxarılması və ya hər hansı bir host, istifadəçiyə və ya şəbəkəyə müdaxilə yolu ilə Kursun və ya Veb saytın təhlükəsizliyini pozmaq.

 

Maddə 11 – MƏLUMATLARIN İTMƏSİ


Hesabınızın və ya məzmunlarınızın təhlükəsizliyi üçün məsuliyyət daşımırıq. Kursda iştirakın və ya Veb saytından istifadənin öz riskiniz hesabına olduğuna razısınız.


Maddə 12 – KOMPENSASİYALAR


Siz Kurs Təminatçısına və hər hansı bir aidiyyəti şəxsimizə (lazım gələrsə) sizin Kursda iştirakınızla, Veb saytdan istifadə və ya sui-istifadənizlə, bu Razılaşmanı pozmağınız və ya digər hərəkətlərinizlə əlaqədar olan və ya ortaya çıxan ağlabatan vəkil xərcləri də daxil olmaqla digər xərclərə görə kompensasiya ödəməyə, və bizi hər hansı və bütün hüquqi tələblərə və iddialara qarşı qorumağa razı olduğunuzu bildirirsiniz. Siz bizim öz hüquq məsləhətçimizi seçə biləcəyimizə və istəsək öz müdafiəmizdə iştirak edə biləcəyimizə öz razılığınızı bildirirsiniz.


Maddə 13 - SPAM SİYASƏTİ

 

Kursu başqalarının e-poçt ünvanlarını və şəxsi məlumatlarını toplamaq və ya kütləvi kommersiya məqsədli elektron məktublar göndərmək də daxil olmaqla hər hansı qeyri-qanuni spam fəaliyyətlərində istifadə etməyiniz qəti qadağandır.


Maddə 14 – ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR


Biz zaman zaman və istənilən vaxt, sizə bildiriş vermədən bu Razılaşmanı dəyişdirə bilərik. Siz bizim bu Razılaşmanı dəyişdirmək və ya buradakı hər hansı müddəanı yenidən gözdən keçirmək hüququna sahib olduğumuzu qəbul edirsiniz. Bundan əlavə, bu Razılaşmadakı bütün dəyişikliklərin Veb saytında yerləşdirildikdən dərhal sonra qüvvədə olacağını və əvvəlki versiyalara xüsusi olaraq istinad edilmədiyi və ya belə versiyaların son dəyişikliklərə birləşdirilmədiyi halda dəyişikliklərin bu Razılaşmanın əvvəlki versiyalarını əvəz edəcəyini qəbul edirsiniz.

Bu Razılaşmanın hər hansı bir hissəsi hər hansı bir məhkəmə tərəfindən etibarsız sayıldığı təqdirdə, bu Razılaşmanın əvvəlki, qüvvəyə minmiş variantının tam etibarlı sayılacağı ilə razılaşırsınız.


Maddə 15 - BÜTÜN SAZİŞ

 

Bu Razılaşma Tərəflər arasında Kursla bağlı bütün danışıqları əhatə edir. Bu Razılaşma bütün əvvəlki və ya mövcud, yazılı və ya şifahi razılaşmaları və ya danışıqları əvəz edir və üstələyir.


Maddə 16 - XİDMƏTƏ MÜDAXİLƏ

 

Sazlamalar aparmaq yaxud təcili hallarla bağlı hərəkətləri yerinə yetirmək üçün Kursa girişinizi planlaşdırılmış yaxud planlaşdırılmamış əsasda dayandırmalı ola bilərik. Kursa və/və ya Veb sayta girişinizin hər hansı bir səbəbdən, gözlənilmədən və ya planlaşdırılmamış qaydada müvəqqəti məhdudlaşa biləcəyini qəbul edirsiniz, lakin biz bu cür fasilələr nəticəsində yaranan zərər və ya itkiyə görə məsuliyyət daşımırıq.


Maddə 17 - MÜDDƏT, LƏĞVETMƏ və DAYANDIRMA

 

Sizinlə olan bu Razılaşmanı istənilən vaxt hər hansı bir səbəbdən və ya səbəb olmadan ləğv edə bilərik. Xüsusilə bizim və ya üçüncü bir şəxsin əqli mülkiyyət hüquqlarının pozulması, tətbiq olunan qanunlara və ya digər qanuni öhdəliklərə əməl edilməməsi və/və ya qanunsuz materialların yayımlanması və ya yayılması da daxil olmaqla, ancaq bunlarla məhdudlaşmamaq şərtilə, burada göstərilən şərtlərdən birini pozduğunuz hallarda Biz bu Razılaşmanı dərhal ləğv edə bilərik. Bu Razılaşmanı istənilən vaxt bizimlə əlaqə saxlayaraq onun xitamını tələb etməklə ləğv edə bilərsiniz. Bu Razılaşma ləğv edildikdə, təbiətinə görə ləğv edilmədən saxlanılmalı olan müddəalar tam hüquqi qüvvədə olmağa davam edəcəklər.


Maddə 18 – VERİLƏN ZƏMANƏTLƏR

 

Kursda iştirak etməyiniz və Veb saytından istifadə etməyinizin yalnız və müstəsna olaraq öz riskinizdə olduğunu və tərəfimizdən göstərilən hər hansı bir Xidmətin "olduğu kimi" əsas götürüldüyünü qəbul edirsiniz. Beləliklə, xidmətin güman edilən müəyyən bir məqsəd üçün uyğunluq zəmanəti və güman edilən ticarət zəmanəti də daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərti ilə, hər hansı növ açıq və ya güman edilən zəmanətlərin mövcudluğunu inkar edirik. Kursun və ya Veb saytının ehtiyaclarınızı qarşılayacağına və ya Kursun və ya Veb saytın fasiləsiz, səhvsiz və ya təhlükəsiz olacağına zəmanət vermirik. Kursda və ya Veb saytında olan məlumatların etibarlılığı və dəqiqliyi ilə bağlı da heç bir zəmanət vermirik. Kompüter sisteminiz vasitəsilə və ya Kursdakı iştirakınız və ya Veb saytından istifadəniz nəticəsində sizə məxsus məlumatların itirilməsi nəticəsində yarana biləcək hər hansı bir zərərin yalnız sizin məsuliyyətinizdə olduğunu və Bizim belə zərər və ya itkiyə görə məsuliyyət daşımadığımızı qəbul edirsiniz.

 

Maddə 19 – MƏSULİYYƏT ÜZRƏ MƏHDUDİYYƏT

 

Yuxarıda qeyd edildiyi kimi, Kursda iştirak etməyiniz və ya Veb saytdan istifadə etməyiniz nəticəsində yarana biləcək hər hansı bir ziyana görə qanunla buna icazə verilən həddə qədər məsuliyyət daşımırıq. Bu bölmə, itirdiyiniz mənfəət və gəlirlər, vurulan birbaşa və bilvasitə zərərlər, etinasızlıq, saxtakarlıq və deliktlər də daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, sizin tərəfinizdən irəli sürüləbiləcək hər bir iddiaya şamil olunur.


Maddə 20 - ÜMUMİ MÜDDƏALAR

 

A) DİL: Bu Razılaşmaya uyğun olaraq həyata keçirilən bütün yazışmalar və verilən bildirişlər Azərbaycan dilində olmalıdır.

B) MƏHKƏMƏ, YURİSDİKSİYA & HÜQUQUN SEÇİLMƏSİ: Kursda iştirakınız və Veb saytından istifadənizlə siz bu Razılaşma ilə əlaqəli və ya onunla bağlı ortaya çıxan hər bir məsələnin və ya mübahisənin, həmçinin Sizinlə Bizim aramızda ortaya çıxa biləcək hər cür mübahisənin (Razılaşmanın xarici hüquq elementli müddəaları istisna olmaqla) Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcəyini qəbul edirsiniz. Bu Razılaşma ilə xüsusi olaraq icazə verilən hər hansı bir məhkəmə çəkişməsi başlandığı təqdirdə, Tərəflər Azərbaycan Respublikası məhkəmələrinin yurisdiksiyasına tabe olduqlarını qəbul edirlər. Tərəflər razılaşırlar ki qanun, məhkəmə və yurisdiksiyanın seçilməsinə dair müddəalar dispozitiv yox, imperativ qüvvəyə malikdir. Beləliklə siz forum non conveniens və ya buna bənzər digər prinsipin irəli sürülməsi hüququ da daxil olmaqla məkana etiraz etmək hüququnuzdan imtina edirsiniz.

C) HÜQUQLARIN ÖTÜRÜLMƏSİ: Bu Razılaşma və ya onunla verilmiş hüquqlar sizin tərəfinizdən tam və ya qismən digər şəxslərə ötürülə, satıla, icarəyə və ya başqa bir şəkildə verilə bilməz. Bu Razılaşma və ya onunla verilən hüquqlar, Kurs Təminatçısı tərəfindən satılar, icarəyə və ya başqa formada 3-cü şəxslərə verilərsə, Kurs Təminatçısının hüquq və öhdəlikləri yeni vərəsə, inzibatçı, varis və icraçılara bağlanacaq və onlara məxsus olacaqdır.

D) RAZILAŞMANIN ETİBARSIZ SAYILMASI: Bu Razılaşmanın hər hansı bir hissəsi və ya alt hissəsi məhkəmə tərəfindən etibarsız və ya icra edilməsi mümkün olmayan hesab edilərsə, qalan hissələr və alt hissələr buna baxmayaraq mümkün maksimal dərəcədə tətbiq ediləcəklər. Bu halda, Razılaşmanın qalan digər hissəsi tam qüvvədə qalacaqdır.

E) HÜQUQLARDAN İMTİNA ETMƏK: Bu Razılaşmanın hər hansı bir müddəasını həyata keçirə bilməməyimiz halında, bu, Razılaşmanın həmin müddəasının və ya hər hansı digər müddəalarının gələcəkdə də həyata keçirilməsindən imtina etmək kimi tövsif edilməməlidir. Bu Razılaşmanın hər hansı bir hissəsindən və ya alt hissəsindən imtina digər hissə və ya alt hissədən imtina mənasına gəlmir.

F) BAŞLIQLARIN MƏNASI: Bu Razılaşma çərçivəsində hissələrin və alt hissələrin başlıqları yalnız rahatlıq və strukturlaşma məqsədləri üçündür. Başlıqlar bu Razılaşmanın hər hansı bir müddəasının mənasına təsir etmir.

G) NÜMAYƏNDƏLİK, ORTAQLIQ VƏ BİRGƏ MÜƏSSİSƏNİN YARANMAMASI: Tərəflər arasında bu Razılaşma nəticəsində heç bir tabeçilik münasibəti, ortaqlıq və ya birgə müəssisə yaradılmamışdır. Heç bir Tərəf digərini üçüncü şəxslərlə əlaqəyə daxil etmək səlahiyyətinə malik deyil.

H) FORS-MAJOR : Fövqəladə hallar, dövlət orqanlarının qərarları, hərbi qurumların hərəkətləri, iğtişaşlar, embarqolar, təbiət hadisələri və təbii fəlakətlər və əvvəlcədən qarşısının alınması mümkün olmayan digər hallar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan, bizim nəzarətimiz xaricində olan hadisələrə görə Razılaşma üzrə öz öhdəliklərimizi yerinə yetirə bilməməyimiz Bizim üçün məsuliyyət yaratmır .

I) İCAZƏ VERİLƏN ELEKTRON ƏLAQƏ VASİTƏLƏRİ: Elektron poçt və faks da daxil olmaqla bu Razılaşma çərçivəsində hər iki Tərəfə elektron rabitədən istifadəyə icazə verilir. Hər hansı bir sualınız və ya narahatlığınız olduğu halda aşağıdakı ünvana məktub göndərə bilərsiniz: [email protected].