Təlimin proqramı

Mükəmməl xidmətin göstərilməsi hər bir sahə üçün dəyərli bacarıq olaraq qəbul edilir, çünki ilk təəssürat sırf düzgün ünsiyyətin qurulmasından və göstərilən xidmətin keyfiyyətindən asılıdır. Hər birimiz xidmət sahəsində çalışırıq, lakin bu təlim zamanı sizinlə birgə xidmət sahəsində mükəmməlliyə nail olmaq üçün addımları müzakirə edəcəyik. Qüsursuz və mükəmməl xidmət şəxsən sizin və eyni zamanda xidmət göstərdiyiniz sahənin inkişafına yardım edəcək. Təlim hotelin qonağ qəbulu, qida və içki və təsərrüfat şöbələrinin işçiləri üçün nəzərdə tutulub.

Təlimdə nələri öyrənəcəksiz?

Təlim zamanı əhatə olunacaq mövzular bunlardır:

  • Qonaq bazarları, kateqoriyaları və növləri

  • Qonaqların gözləntiləri

  • Brend vədinin formalaşdırılması

  • Qonaqlarla ünsiyyət (ilk təəssürat, bədən dili, ünsiyyətin qurulması, qonaqların şikayətlərini həll olunması və onların gözləntilərinin aşılması

  • Qonaq məmnuniyyətinin ölçülməsi və brendə qarşı sadiqliyin yaradılması

Əlavə məlumat

Təlim Four Seasons hotelində Baş Konsyerj vəzifəsində çalışan və "Certified Hospitality Trainer" sertifikatına sahib olan Vüsal İsaqov tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində Ibis Baku City hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyatdan keçmək üçün son tarix iyunun 22-i, 18:00-dır.