Təlimin proqramı

Təlimdə növbəti mövzular əhatə olunacaq: qərar qəbul etmək bacarığının inkişaf etdirilməsi, işləri vaxtında təhvil vermək imkanlarının dəyərləndirilməsi, düzgün iş bölgüsünün aparılması, plan qurmağın təkmilləşdirilməsi, məhsuldarlığın artırılması. Təlim aprelin 8-i saat 09:00-dan 13:00-dək davam edəcək.

Əlavə məlumat

Təlim Azərbaycan Turizm Bürosunda İnsan Resursları üzrə Menecer vəzifəsində çalışan və "Certified Hospitality Trainer" sertifikatına sahib olan Ülviyyə Qasımzadə tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində oflayn şəkildə Landmark hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyatdan keçmək üçün son tarix aprelin 5-ı, 18:00-dır.