Təlimin proqramı

Əminik ki, indiyə qədər sosial media hesabınızın daha geniş auditoriyaya çıxacaq və brendinizi inkişaf etdirə biləcək gücə malik olmasını dəfələrlə eşitmisiniz. Sosial media doğurdanda hesablarınıza gəlir gətirən tam funksional satış kanalı ola bilər. Bu seminarda, 2022-ci ildə sosial media platformalarınızı strategiyalaşdırmağın və sosial şəbəkələrdə işləyən satış taktikalarını yaratmağın 7 effektiv yolunu nəzərdən keçirəcəyik.

Əlavə məlumat

Təlim Abşeron Otel Qrupunun Marketinq üzrə Menecer Müavini Nuray Huseynzadə tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində offlayn şəkildə Landmark Otelinin "Lahij" təlim otağında baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün isə 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Təlimə qeydiyyat 28 yanvar, 18:00-da bitir.