Təlim niyə vacibdir və kimin üçün nəzərdə tutulub?

Komandanızın effektiv iş ortaya qoyması, təşkilatın strategiyasını və dəyərlərini anlaması və yeni trendlərə uyğunlaşmasını istəyirsinizsə, komandanızı mütəmadi olaraq təlimlərə cəlb etməlisiniz. İşçilərə müvafiq və ardıcıl təlimlərin keçirilməsi həm performansın yaxşılaşdırılmasına, həm də işçilərin iş yerindən məmnun qalmasına müsbət təsir göstərə bilər. Təlimdə iştirak edərək təlimçilik bacarıqlarınızı necə təkmilləşdirə biləcəyinizi öyrənin. Bu təlim komandasının inkişafına töhfə vermək istəyən şöbə rəhbərləri üçün nəzərdə tutulub.

Təlimdən nə öyrənəcəksiz?

  • Öyrənmə elminin əsasları və öyrənmə məzmununun inkişafı;

  • Öyrənmə prosesini zənginləşdirmək üçün alət və üsullar;

  • L&D ( Öyrənmə və İnkişaf) idarəçiliyinin liderlər üçün dəyər və ölçüləri;

  • Komandada öyrənmə prosesinin planlaşdırılması və idarə edilməsi.

Əlavə məlumat

Təlim turizm və qonaqpərvərlik sahəsində on ildən artıq təcrübəyə malik öyrənmə həlləri üzrə məsləhətçi və master təlimçi Vəfa Kərəmova tərəfindən aparılacaq. Vəfa xanım Azərbaycanın qonaqpərvərlik sahəsində ən böyük işəgötürən şirkətində Öyrənmə və İnkişaf meneceri kimi çalışıb, bir çox böyük otellərin açılmasında Öyrənmə və İnkişaf funksiyasına və brend transformasiyası kampaniyalarına rəhbərlik edib. Service Intelligence Academy-nin təsisçisidir. Təlim azərbaycan dilində Fairmont Baku hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyat üçün son tarix 26 iyun, 18:00-dır.