Qiymət strategiyası və gəlirin əldə edilməsi
Hotelinizdə mükəmməl qiymət strategiyasına necə nail olmalı? Bu suala cavab tapmaq üçün 22 iyul, saat 15:00-da keçiriləcək təlimimizə qoşulun.
Satış strategiyası hər bir müəssisə üçün olduqca vacibdir, çünki qısa və uzunmüddətli qərarlar verən zaman nəzərə alınmalı amillərdən biridir. Təlim zamanı təlimçi satış strategiyasının vacibliyindən, "benchmarking" və "yielding"in məqsədi haqda bilikləri paylaşacaq. Həmçinin, faydalı satış məsləhətləri veriləcək. Bu təlim satış mütəxəssisləri və satış rəhbərləri üçün nəzərdə tutulub.
Təlim beynəlxalq hotel şəbəkələrində satış sahəsi üzrə 12 illik təcrübəyə sahib olan Nigar Nəsirova tərəfindən aparılacaq. Hazırda Park Inn by Radisson Baku hotelində kommersiya direktoru vəzifəsində çalışır. Təlim azərbaycan dilində Mogan Hotel Baku hotelində baş tutacaq.Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.