OTA platformaları və onların hotellərin bazar mövqeyinin formalaşmasında rolu
OTA platformaları və onların hotellərin bazar mövqeyinin formalaşmasında rolu haqda ətraflı məlumat almaq üçün 18 avqust, saat 11.00-da keçiriləcək təlimimizə qoşulun.
Təlim onlayn səyahət agentlikləri üzrə platformalar, qlobal paylanma sistemləri, platformalar, topdan satış operatorları və mövcud fərqin təhlilinə fokuslanıb. Həmçinin, təlim zamanı vasitəçi rolunda çıxış edən platformalar, otellərin birbaşa satış kanallarından OTA müraciəti və otelin mövqeyinin və eyni təsnifatda olan otellər arasında mövqeyinin təhlili və gələcək addımlar, tövsiyyələr müzakirə ediləcək.
Təlim turizm və qonaqpərvərlik sahəsində on beş ildən artıq təcrübəyə malik gəlirlər üzrə məsləhətçi və təlimçi Bahar Dadaşova tərəfindən aparılacaq. Hazırda AR Gənclər və İdman Nazirliyinin Regional Olimpiya Mərkəzləri otellərinin rəhbəridir. Təlim azərbaycan dilində Ibis Baku City hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.