Niş turizm məhsulların xarici bazarlarda təşviq və satışı
Azərbaycanda olan niş turizm məhsullarının xarici bazarlarda təşviq və satışını necə daha effektiv eləmək olar? Bu mövzuda məlumat almaq üçün aprelin 29-u saat 15:00-da seminarımıza qoşulun
Seminarın məqsədi yerli turizm sənayesinə şərab turizmi, quş müşahidəsi, dağ yürüyüşü, golf və qastronomiya kimi niş məhsullar haqqında məlumat vermək və bu məhsulların xarici bazarlarda satış prosesinin təfərrüatlarını izah etməkdir. Bu seminar səyahət agentliklərinin işçiləri üçün nəzərdə tutulub və turpaketlərin yaradılması prossesi, iş tərəfdaşların axtarışı kimi mövzuları da əhatə edəcək.
Seminar Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarlar şöbəsində Asiya regionu üzrə menecer vəzifəsində çalışan və Affinity qrup məhsulların təşviqi ilə məşğul olan Rüfət Sadıxov tərəfindən keçiriləcək. Seminar azərbaycan dilində oflayn şəkildə Landmark hotelində baş tutacaq. Seminara qoşulmaq ödənişsizdir. Seminarın axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.