Təlim niyə önəmlidir?

Təşkilatın rəqabətə davamlı olması üçün öz işçi qüvvəsinin bacarıqlarını artırmaq və davamlı öyrənmə mədəniyyətini yaratmaq qabiliyyəti getdikcə daha vacib olur. Öyrənmə və İnkişaf (L&D) və digər bütün funksiyaların rəhbərləri biznes strategiyasına uyğun olan öyrənmə strategiyası yaratmaqla və uğur əldə etmək üçün lazım olan imkanları müəyyən edib aktivləşdirməklə yanaşmalarında inqilab etməlidir. Təşkilatların dəyişən biznes mühitinə reaksiya verməsi üçün bu cür ömür boyu öyrənməyə hazır olan işçi qüvvəsinin yaradılması çox vacibdir. Tələb olunan bacarıq və istedada malik olmalarını təmin etmək üçün şirkətlər “hər kəs üçün təlim” mədəniyyətini yaradaraq, insanları yeni bacarıqları öyrənməyə həvəsləndirə və ilhamlandıra bilərlər. Bu təlim Əməliyyat, Öyrənmə və İnkişaf və İnsan Resursları funksiyaları daxil olmaqla bütün biznes bölmələrinin menecerləri üçündür.

Təlimdən nə öyrənəcəksiz?

  • Öyrənmə mədəniyyətinin qurulması və onu idarə etməyin əsasları

  • Təşkilatlarda Öyrənmə və İnkişafın strateji rolu

  • 2022-ci ilin Öyrənmə və İnkişaf tendensiyaları və öyrənmənin gələcəyi

Əlavə məlumat

Təlim turizm və qonaqpərvərlik sahəsində on ildən artıq təcrübəyə malik öyrənmə həlləri üzrə məsləhətçi və master təlimçi Vəfa Kərəmova tərəfindən aparılacaq. Vəfa xanım Azərbaycanın qonaqpərvərlik sahəsində ən böyük işəgötürən şirkətində Öyrənmə və İnkişaf meneceri kimi çalışıb, bir çox böyük otellərin açılmasında Öyrənmə və İnkişaf funksiyasına və brend transformasiyası kampaniyalarına rəhbərlik edib. Service Intelligence Academy-nin təsisçisidir. Təlim ingilis dilində Courtyard by Marriott Baku hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Təlimə qeydiyyat mayın 11-i saat 18:00-da bitir.