Təlimin proqramı

Hotel konsyerjləri kimlərdir? Konsyerj xidməti qonaqpərvərlikdə hansı rol oynayır? Hansı konsyerj sistemləri mövcuddur? Hotelinizdə müvafiq konsyerj vəzifəsi mövcud deyilsə, Qonaq Xidməti Agenti olaraq, bu vəzifəni nece düzgün yerinə yetirə bilərsiniz? Təlimdə bu suallara cavab tapıb, Beynəlxalq konsyerjlər assosiasiyası “Les Clefs d’Or” və onun rolu və xidmətə təsiri haqqında da öyrənəcəksiz.

Niyə müraciət edim?

Bir çoxlarınız konsyerj xidməti haqda məlumatlısınız. Bu təlimdə isə sırf bu sahədə ixtisaslaşmış təlimçi ilə ünsiyyətdə olub, qonaqlara hotelçilikdə Konsyerj xidmətinin əsas fəaliyyətinin nədən ibarət olmasını bilməklə yanaşı, bu biliklərinizi öz sahənizdə tətbiq etmənin hotelçilik üçün nə qədər faydalı olacağını öyrənəcəksiniz.

Əlavə məlumat

Təlim Four Seasons hotelində Baş Konsyerj vəzifəsində çalışan və "Certified Hospitality Trainer" sertifikatına sahib olan Vüsal İsaqov tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində oflayn şəkildə Landmark hotelinin "Ares" təlim otağında 30-31 mart tarixlərində 10:00 - 13:00 arası baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Qeydiyyatdan keçmək üçün son tarix martın 29-u, 18:00-dır.