İşçilərin motivasiya edilməsi və mükafatlandırılması
Mükafatlandırma sistemi və işçi personalının motivasiya edilməsi metodlarını öyrənmək üçün 28 iyul, saat 15.00-da keçiriləcək təlimimizə qoşulun.
İşçilərin motivasiya edilməsi mövzusunun aktuallıqı hər il olduqca artır, çünki personalın yüksək motivasiyası yüksək məhsuldarlığa gətirir. Eyni zamanda personalı düzgün və ədaləti mükafatlandırmaq gərəkir. Təlimimizə qoşularaq, siz bunları və bir çox digər faydalı bilikləri əldə edə bilərsiniz. Bu təlim hotel rəhbərləri və insan resursları şöbəsinin əməkdaşları üçün nəzərdə tutulub.
Təlim zamanı əhatə olunacaq mövzular bunlardır:
Motivasiyanın növləri və əsas elementləri
Motivasiya 1.0, 2.0 və 3.0. Daniel Pink-in “Müstəqillik, Ustalıq və Məqsəd” motivasiya çərçivəsi.
Daxili motivasiyalı komandanın qurulması
İşçilərin həvəsləndirilməsinin və mükafatlandırılmasının monetar və qeyri-monetar üsulları
İşçilərin bağlılığı və ya cəlbolunma dərəcəsinin ölçülməsi və artırılması
İşçilərin motivasiya edilməsi üzrə dünyanın qabaqcıl şirkətlərinin təcrübələri
Təlim insan resursları sahəsində 9 illik təcrübəyə sahib olan Ceyhun Süleymanov tərəfindən aparılacaq. Hazırda Azercell şirkətində performans və ümumi mükafatlandırma üzrə ekspert vəzifəsində çalışır. Təlim azərbaycan dilində İntercontinental Baku hotelində baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.