Təlim məzmunu

Bu təlim həm satış departamentinin nümayəndələri, həm də Qida və İçki, Qonaq Qəbulu və SPA işçiləri üçün nəzərdə tutulub. Təlimdə upselling və cross selling tipli satışları etmək üçün alətlər göstəriləcək, yüksək təklifli satış və təkmilləşdirməyin fərqi (upsell vs. upgrade), müxtəlif satış texnikaları haqqında məlumat və satış məsləhətləri əhatə olunacaq.

Əlavə məlumat

Təlim beynəlxalq otel şəbəkələrində 12 illik qonaqpərvərlik təcrübəsinə malik olan və hal-hazırda Radisson Hotel Group-da Kommersiya Direktoru vəzifəsində çalışan Nigar Nasirova tərəfindən keçiriləcək. Təlim azərbaycan dilində offlayn şəkildə Landmark Otelinin "Lahij" təlim otağında baş tutacaq. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin axırında TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.

Təlimə qeydiyyat Martın 2-i, 18:00-da bitir.