CÀSÀ mərkəzindən Şirniyyat və Qənnadı Məmulatları üzrə Sertifikat Proqramı
Bu tədris proqramı karyerasını yeni qurmağa başlayan tələbələr və ya artıq təcrübəsi olan və kulinariya bacarıqlarını inkişaf etdirmək istəyən aşpazlar üçün nəzərdə tutulub.
3 aylıq qısa müddətli tədris proqramı sobada fərqli üsullarla bişirmə metodlarını öyrənmək və mətbəxdə istifadə olunan bütün inqredientləri lazımi qaydada istifadə etməyi öyrənmək üçün tərtib olunmuşdur. Bu tədris proqramı Fransız mətbəxi və beynəlxalq mətbəxdə istifadə olunan əsas texnikaları və peşəkar aşpaz olmaq üçün istifadə etdiyimiz inqredientlər və bacarıqlar haqqında təfərrüatları əhatə edir.
Kursda nələri öyrənəcəksiz?
Peşəkar İş yeri standartları
Qida Təhülkəsizliyi Sertifikatı
Menyunun planlaşdırılması ilə qonaq tələblərini qarşılamaq
Mizanplas
Hazırlama, bişirmə və yekunlaşdırma prosesi: ➢ Standartlaşdırılmış reseptlərdən istifadə edərək kekslərin, biskvit və sponc məhsullar ➢ Standartlaşdırılmış reseptlərdən istifadə edərək şirniyyat məhsulları ➢ Standartlaşdırılmış reseptlərdən istifadə edərək xəmir məhsulları
“CÀSÀ” 2020-ci ildə Azərbaycanın Bakı şəhərində təsis edilmişdir. Azərbaycanda ilk peşəkar Kulinariya Mərkəzi olub, kulinariya təhsili üzrə beynəlxalq standartlar, peşəkar diplom təklif edən və yüksək keyfiyyətli proqramlar tədris edən akkreditasiya olunmuş üçüncü səviyyə təhsil müəssisəsidir.
Proqram Çərşənbə axşamı və Cümə, 19:00-23:00 saat aralığında olmaqla, 3 ay davam edir. Proqramın qiyməti TTSM-in veb-saytı vasitəsilə qeydiyyatdan keçən iştirakçılar üçün endirimlə 2375 AZN təşkil edir.