CÀSÀ mərkəzindən Kulinariya üzrə Sertifikat Proqramı
Bu tədris proqramı karyerasını yeni qurmağa başlayan tələbələr və ya artıq təcrübəsi olan və kulinariya bacarıqlarını inkişaf etdirmək istəyən aşpazlar üçün nəzərdə tutulub.
3 aylıq qısa müddətli tədris proqramı bacarıqlarınızı bir üst səviyyəyə çatdırmaq üçün pörtlətmə, səthi (az yağda) qızartma, sobada bişirmə, qovurma kimi fərqli bişirmə metodlarını və bacarıqlarını öyrənməyiniz və anlamağınız, o cümlədən, tətbiq etməyiniz üçün tərtib olunmuşdur. Bu tədris proqramı Fransız mətbəxi və beynəlxalq mətbəxdə istifadə olunan əsas texnikaları və peşəkar aşpaz olmaq üçün istifadə etdiyimiz inqrediyentlər və bacarıqlar haqqında təfərrüatları əhatə edir. Bu anlayışları öyrənməklə siz peşəkar aşpaz olmaq üçün daha inamlı olacaqsınız.
Kursda nələri öyrənəcəksiz?
Qonaqpərvərlik sektorunun öyrənilməsi
Qonaqpərvərlik sektorunda dayanıqlılıq haqqında məlumatlığın artırılması
Peşəkar İş yeri standartları
Qida Təhülkəsizliyi Sertifikatı
Mizanplas
Bişirmə metodları, texnikaları və ləvazimatları: ➢ Suda bişirmə, buğda bişirmə və buxarda bişirmə ➢ Buxarda bişrimə və pörtlətmə ➢ Sobada bişirmə, qızartma və qrildə qızartma
“CÀSÀ” 2020-ci ildə Azərbaycanın Bakı şəhərində təsis edilmişdir. Azərbaycanda ilk peşəkar Kulinariya Mərkəzi olub, kulinariya təhsili üzrə beynəlxalq standartlar, peşəkar diplom təklif edən və yüksək keyfiyyətli proqramlar tədris edən akkreditasiya olunmuş üçüncü səviyyə təhsil müəssisəsidir.
Proqram Bazar ertəsi və Cümə axşamı, 19:00-23:00 saat aralığında olmaqla, 3 ay davam edir. Proqramın qiyməti TTSM-in veb-saytı vasitəsilə qeydiyyatdan keçən iştirakçılar üçün endirimlə 2375 AZN təşkil edir.