Bar menyusunun tərtibatı
Bu təlim bar menyusunun hazırlanmasında əsas amillərin təhlili və adaptasiyasına fokuslanıb. Öz menyunuza yaddaqalan və müəllif kokteyllər əlavə etmək istəyirsinizsə, iyulun 20-si saat 11.00-da bizə qoşulun.
Müəllif kokteyllər hər zaman qonaqların yaddaşında unudulmaz qalır, və bu səbəbdən hər bir hotel, restoran, və klub barları çalışır ki, öz menyusuna xüsusi hazırlanmış və unikal kokteyllər qatsın. Təlimdə menyu tərtib edilərkən, ardıcıllıqla atılacaq olan addımlar haqında məlumat veriləcək. Həmçinin, hotel, restoran, və klub barlarda menu tərtib olunarkən hansı formulalar əsas göturülməsi haqda bəhs ediləcək. Bu təlim qida və içki və bar komandaların rəhbərləri üçün nəzərdə tutulub.
Təlim zamanı əhatə olunacaq mövzular bunlardır:
Təchizat
Dad Seçimi
Erqonomika
Xidmət & Satış bacarığı
Təlim bar sahəsində 9 illik təcrübəyə sahib olan Nizam İsmayilzadə tərəfindən aparılacaq. Hazırda The Landmark Hotel hotelində bar menecer vəzifəsində çalışır. Təlimə qoşulmaq ödənişsizdir. Təlimin sonunda TTSM-in sertifikatını almaq istəyənlər üçün 10 AZN məbləğində ödəniş nəzərdə tutulub.