2022-ci il üçün prioritet turizm bazarları
Səyahət agentlikləri üçün nəzərdə tutulmuş bu TTCC talk fevral ayının 18-i saat 15:00-da baş tutacaq.
Ölkəmizin turizm potensialının təşviqini yüksək səviyyədə saxlamaq üçün – bizim plan və fəaliyətimiz hər zaman dəyişkənliyə hazır olmalıdır, xüsusi ilə indiki səyahətlərin məhdud olması bir zamanda! Prioritet turizm bazarları üzrə əsas hədəf ölkələri və onların ümumi xüsusiyyətləri, təşkilatımızın beynəlxalq turizm bazarlarında onlayn və oflayn fəaliyyəti, və “Turist Məmnuniyyəti və Loyallıq” sorğusundan əldə edilən maraqlı məlumatlar haqqında öyrənmək istəyirsizsə, Sizləri bizim seminara qoşulmağa dəvət edirik.
Vebinar Sevinc Zeynallı və Nicat Abbaslı tərəfindən onlayn formatda aparılacaq. Qeydiyyatdan keçdiyiniz təqdirdə, sizə mail vasitəsilə zoom keçidi göndəriləcək. Nəzərə alın ki bu vebinar üçün iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulmayıb.